Qubanın səfalı təbiətində yerləşən otelimiz, sizə mükəmməl bir xidmət təqdim edir. Otelimiz Qudyal çayının kənarında yerləşir, bu da qonaqlarımıza çay səsini və dağ havasını bir arada həzz almaq imkanı verir.
Otelimizin 24 otağı var və dağ mənzərəsi ilə əhatə olunub. Superior otaqlarımız djakuzi ilə təmin olunmuşdur. Oteldə qapalı hovuz, sauna, bilyard otağı, stadion və gəzinti parkı kimi bir çox əyləncə təklifimiz var.
Geniş avto dayanacaq müştərilərimizin rahatlığı üçün əlavə bir xidmət kimi təqdim edilir. Otelimizin restoranları müxtəlif dizaynlarla təchiz edilmişdir, milli və xarici yeməklər təklif edir.
Otelimiz "Ailə Dostu" oteldir, 5 mərtəbədən ibarət olub, şəhər mərkəzindən 18 km məsafədə yerləşir. Hər fəsildə işləyirik. Çay kənarında söhbət etmək üçün rahat söhbətgahlarımız vr.
Bizim otelimiiz, mükəmməl tətil imkanları, rahatlığı və gözəl təbiəti ilə sizə unutulmaz bir istirahət imkanları təqdim edir.
Məmnun müştərilər
Xidmətlərimizi ən yaxşı şəkildə təqdim edirik. Bizimlə əlaqə saxlayın.
Otelimizin əsas məqsədi qonaqlarımıza təbiət qoynunda rahatlıq və xoş istirahət təqdim etməkdir. Qudyal çayının sakit axını və dağ havası ilə əhatələnmiş məkanımızda hər kəs özünü xüsusi hiss edəcək. Biz, ailəvi dincəlmək istəyənlər, romantik bir atmosfer axtaranlar və təbiət qoynunda rahatlıq tapmaq istəyən hər kəs üçün ideal şərait yaradırıq. Müasir rahatlığı və ənənəvi qonaqpərvərliyi birləşdirərək, hər bir detalda qonaqlarımızın məmnuniyyətini düşünürük. Peşəkar komandamızla hər mövsüm qonaqlarımıza yüksək səviyyəli xidmət göstərmək, onların istirahətini unudulmaz etmək və yenidən qayıtmaq istədikləri bir məkana çevrilmək üçün çalışırıq.